Fransa Rusiyanı faşizm üzərində Qələbə bayramı tədbirinə dəvət etməyib

DÜNYA 06 may 2022, 18:24
Fransa hökuməti İkinci Dünya müharibəsinin başa çatması münasibətilə mayın 8-də təşkil edilən bayram tədbirinə Rusiya nümayəndələrini dəvət etməyib.

Demokrat.az bildirir ki, bunu Rusiyanın Parisdəki səfiri Aleksey Meşkov deyib. “

Faşizm üzərində qələbəyə həlledici töhfə vermiş ölkələr kimi, Rusiya, Belarusun səfirləri və hərbi attaşeləri həmişə dəvət olunurdu. Bu il fəxri kürsüdə yer tapa bilmədik. Amma faşist Almaniyasının tərəfində vuruşan ölkələrin səfirləri orada oturacaqlar”, – səfir bildirib.

Diplomat müharibədə həqiqətən qalib gələnləri xatırlamağa çağırıb.

Qeyd edək ki, analoji addımı Avstriya hökuməti də atıb. Mayın 3-də Rusiyanın Avstriyadakı səfirliyinə XİN-dən bildiriş daxil olub ki, Rusiya nümayəndələri mayın 8-də II Dünya müharibəsinin başa çatması ilə bağlı tədbirlərə dəvət olunmayıb. Səfir Dmitri Lyubinski məsələyə münasibətində bildirib ki, Avstriya hökuməti tarixin dəhşətli dərslərini və onların nəticələrini başa düşməyib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top