Beynəlxalq Bank Eldar Mahmudovu məhkəməyə verdi

HADİSƏ 04 may 2022, 14:34
"Azərbaycan Beynəlxalq Bankı" ASC “Azəri Steel-2009" MMC-ni məhkəməyə verib.

Demokrat.az xəbər verir ki, bu barədə bankı Bakı Kommersiya Məhkəməsinə müraciət edib.

"Azərbaycan Beynəlxalq Bankı" həmçinin, Hacıyeva Lalə Abuzər qızı və Mahmudov Eldar Arif oğlunu da məhkəməyə verib.

Belə ki, bank kredit müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb. Lakin kreditin məbləği açıqlanmayıb.

İddia hakim Leyla Əliyevanın icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd: “Azəri Steel-2009" MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin kommersiya qurumlarının dövlət reyestrində Əliyev İlham Əli oğlunun qanuni təmsilçi olduğu qeyd olunub. Şirkətin nizamnamə kapitalı 10 manat, dövlət qeydiyyatına alındığı tarix isə 08.10.2009-cu ildir.
 
Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top