“Online Python" adlı dərslərə start verilir

HƏRBİ 02 may 2022, 23:22
Proqramlaşdırmanı öyrənməyə başlamaq istəyənlər üçün Azərbaycan dilində “Online Python” adlı dərslərə start verilir.

Demokrat.az
xəbər verir ki, təlimçi “Python ilə proqramlaşdırma” kitabının müəllifi, proqramçı, MilliByte MMC-nin direktoru  Kərim Tahiroğludur.

O, dərslərin keçirilmə qaydaları ilə bağlı "Facebook" səhifəsində paylaşım edib:

Hörmətli dostlar, qeydiyyat bitmək üzrədir!

Dərslər Zoom ilə (fasiləsiz) keçiriləcək.

Hər bir dərsin Zoom linki və şifrəsi dərs başlamadan göndəriləcək.

Dərslər tam praktiki olacaq.

Təlim boyu 8 dərs keçiriləcək.

Dərslər həftədə 2 dəfə axşam saatlarında keçiriləcək.

Hər bir dərs 90 dəqiqə davam edəcək.

Dərs bitdikdən sonra suallarınız cavablandırılacaq.

Dərslər Azərbaycan dilində tədris ediləcək.

Təlimin qiyməti 60 AZN-dir. Ödəniş elan olunan son tarixə qədər sizə göndəriləcək bank kartına köçürülməlidir.

Təlimçi ilə WhatsApp-dan +856 20 55 137 616 nömrəsi ilə hər zaman əlaqə saxlaya bilərsiniz.

Leyla
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top