Ukraynada daha bir rus general öldürüldü — FOTO

REGİON 02 may 2022, 15:39
Rusiya-Ukrayna arasındakı müharibənin 67-ci günündə Ukrayna Putinin yüksək rütbəli əməkdaşlarından birinin öldürüldüyünü iddia edib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Ukrayna prezidenti Zelenskinin müşaviri Oleksiy Arerestoviç Rusiyanın yüksək vəzifəli şəxslərindən biri, general-mayor Andrey Simonovun ölkənin şimal-şərqindəki İzyum şəhərində dünyasını dəyişdiyini açıqlayıb.

Elektron döyüş bölməsinin rəhbəri olan 55 yaşlı Simonovun ölümü ilə bağlı əlavə açıqlama verilməyib. Rusiya Simonovun ölümü ilə bağlı iddiaları şərh etməyib.

Məlumata görə, indiyədək Simonovla birlikdə 9 rusiyalı yüksək rütbəli hərbçi Ukraynada həyatını itirib.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top