Brilliant Dadaşova: “Madonna gözəl qadındır, əla reklamı var, amma müğənni deyil”

ŞOU-BİZNES 30 apr 2022, 14:08
“Madonna müğənni deyil, mən ona da, bizim korifey sənətkarlarımıza da necə müğənni deyə bilərəm? Mən özüm elə bil nəsildən çıxmışam ki, o insanlar Azərbaycan incəsənətinin sütunlarıdır. Nəslimizdə Azərbaycan teatrına xidmət edən şəxsiyyətlər olub. Hüseyn Ərəblinski babamla əmioğlu olub. Ona görə də müğənni, sənətkar sözünü hər insan qazanmır. Bu dəqiqə bir çoxlarına təqdimatda sənətkar deyilir, artıq bu sözü də ucuzlaşdırıblar”.

Bunu Demokrat.az-a açıqlamasında xalq artisti Brilliant Dadaşova deyib. O daha sonra “Madonna müğənni deyil” sözlərinə aydınlıq gətirib.

 
“Musiqi yarışmasında qızlar Madonnanın mahnısını oxudular. Mən dedim ki, qızlar, siz Madonnanın mahnılarını hətta ondan da gözəl oxuyursunuz və yenə də oxuya bilərsiniz, amma siz Azərbaycan mahnıları oxumalısınız, çünki bu sizin qanınızda, canınızdadır. Madonna heç vaxt Azərbaycan mahnısı oxuya bilməz, ümumiyyətlə, o müğənni deyil. Heç onların güclü oxuyanları bizim mahnıları oxuya bilməz. Madonna sadəcə qəşəng qadındır və əla reklamı var. Bu sözümü bilən də, bilməyən də, başa düşən də, başa düşməyən də hər kəs yazıb, pozdu” deyə müğənni bildirib.

Xalq artisti həmçinin konsertə hazırlaşdığını da bildirib.

“Konsertə hazırlaşıram, iyunun 1-də “Ürəklə sizinlə” adlı konsert proqramı ilə çıxış edəcəm. Tələbələrim də yanımda olacaqlar. Gecədə sevilən mahnılarımı səsləndirəcəyəm, sevənlərimə sürprizlər edəcəyəm. Məşqlər gedir, hər şey yüksək səviyyədə təşkil olunub” deyə sənətkar bildirib.

Gülçin Qorxmaz
Demokrat.az

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top