“Dəqiq xəritələrin verilməməsi Qarabağdakı şəhərsalma proseslərini əngəlləyir”

QARABAĞ 30 apr 2022, 10:44
Aprelin 28-də Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası tərəfindən Nyu-York şəhərində yerləşən mənzil-qərargahında “Yeni Şəhər Gündəliyi” sənədinin icra vəziyyəti və şəhərsalma məsələləri üzrə keçirilən yüksək səviyyəli iclasda iştirak edib.

Demokrat.az xəbər verir ki, BMT-nin İnsan Məskənləri Proqramının (“UN-HABITAT”) həmtəşkilatçılığı ilə keçirilən bu tədbirə üzv dövlətlərin hökumətlərinin rəhbərliyi və üzvləri də qatılıb.

İclasda çıxış edən Komitə sədri ölkəmizin qlobal şəhərsalma trendləri və dəyərlərinə töhfəsindən, şəhərsalmanın inkişafı istiqamətində Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında əldə edilmiş nailiyyətlərdən danışıb, habelə 30 il işğal altında qalmış ərazilərimizdə Ermənistan işğalçılarının insanlıq əleyhinə əməlləri, şəhərlərimizin və mədəni irsimizin məhv edilməsi faktları, törədilmiş urbisid, ekosid cinayətləri və hazırda tərəfimizdən həmin ərazilərin yenidən dirçəldilməsi məqsədilə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, müasir şəhərsalma yanaşmaları barədə ətraflı məlumat verib.

Anar Quliyev BMT-nin yüksək tribunasından dünya ictimaiyyətinin diqqətini Azərbaycanın olduqca böyük ərazilərinin işğal altında olduğu dövrdə minalanması faktına, minalanmış sahələrin dəqiq xəritələrinin bugünədək təqdim olunmamasının şəhərsalma proseslərini və Azərbaycanlıların doğma torpaqlarına qayıdışını əhəmiyyətli dərəcədə əngəlləyən əsas səbəblərdən biri olduğuna xüsusi cəlb edib.(trend.az)



 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top