Kamran Əliyev onunla bağlı əmr imzaladı

GÜNDƏM 27 apr 2022, 18:44
Bakı şəhərinə yeni prokuror təyin edilib.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, Baş prokuror Kamran Əliyev bununla bağlı müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Elşən Abbasov Bakı şəhər prokuroru təyin olunub.

E.Abbasov bu təyinatadək Baş Prokurorluğunun Təşkilat və icraya nəzarət idarəsinin rəisi vəzifəsində çalışırdı. 
Kamran Əliyevin digər əmri ilə Tural Aslanov Təşkilat və icraya nəzarət idarəsi təyin olunub.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top