"ABŞ Ukraynaya 500 milyon dollarlıq iqtisadi yardım göstərəcək"— Yermak

GÜNDƏM 21 apr 2022, 21:45
Ukrayna ABŞ-dan hərbi yardım - haubitsalar və taktiki pilotsuz təyyarələr alacaq .

Demokrat.az UNİAN-a istinadən bildirir ki, bu barədə Ukrayna Prezidentinin Aparatının rəhbəri Andrey Yermak öz "Telegram" kanalında yazıb.

"Ukrayna 800 milyon dollarlıq hərbi yardım paketi alacaq. Buraya haubitsalar və taktiki pilotsuz uçan aparatlar daxildir. Bundan başqa, ABŞ Ukraynaya 500 milyon dollar həcmində birbaşa iqtisadi yardım göstərəcək".

Yermak onu da əlavə edib ki, ABŞ prezidenti Rusiyaya bağlı gəmilərin ABŞ limanlarına girişinə qadağa qoyulduğunu açıqlayıb.

Leyla
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top