"Rusiya ilə 10 il mübarizə apara bilərik"— ZELENSKİ

GÜNDƏM 17 apr 2022, 19:58
"Kiyev Moskva ilə diplomatik dialoqa hazırdır, lakin Kremlin ultimatum şərtləri ilə belə bir söhbət mümkün deyil"

Demokrat.az UNİAN-a istinadən xəbər verir ki, bu sözləri Ukrayna  Prezidenti Volodimir Zelenski deyib:

"Bu halda söhbət bizə münasibətdən gedir, dialoqun "yaxşı" və ya "pis" olacağından deyil. Bu  söhbət nə qədər tez başlasa, bir o qədər az adam öləcək. Biz Rusiya Federasiyası ilə 10 il mübarizə apara bilərik. Rusiyanın ukraynalılara hücumları müharibəni dayandırmaq üçün Rusiya Federasiyası ilə diplomatik dialoqu çətinləşdirir".

Prezidentin sözlərinə görə, Ukrayna cəmiyyəti dialoqu davam etdirmək istəmədiyinə görə, Rusiya ilə uğurlu danışıqlar şansı getdikcə azalır:

"Şanslar hər gün azalır. Buça, Volnovaxa, Borodyanka, Mariupol haqqında düşünün. Elə vaxt gəlir ki, heç kim danışmaq istəmir. Cəmiyyətimiz danışıqları davam etdirməyimizi istəmir", - Zelenski danışıqların perspektivləri ilə bağlı sualı cavablandırarkən deyib.

Leyla
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top