Baş nazirdən işsizlikdən sığorta ilə bağlı QƏRAR

GÜNDƏM 15 apr 2022, 20:24

“Sığorta ödənişinin verilməsi Qaydası”na dəyişiklik edilib.

Demokrat.az xəbər verir ki, bu barədə müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Sənədə əsasən, sığorta ödənişinin hesablanması üçün sığortaolunanın itirilmiş orta aylıq əməkhaqqı onun “Məşğulluq haqqında” Qanunla müəyyən olunmuş qaydada işsiz kimi qeydiyyata alınmasından əvvəlki 12 təqvim ayının əməkhaqqının cəmlənmiş məbləğini 12-yə bölməklə yox, sığorta hadisəsinin baş verdiyi tarixdən tapılacaq.

Bundan əvvəl sığortaolunan əvvəlki 12 təqvim ayının bütün aylarını tam işləmədikdə (lakin işsiz kimi qeydiyyata alınmasından əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından az olmayan müddətə sığorta stajına malikdirsə), sığortaolunanın itirilmiş orta aylıq əməkhaqqının məbləği onun əvvəlki 24 təqvim ayı ərzində faktiki tam işlədiyi aylarda hesablanmış əməkhaqqının cəmlənmiş məbləğinin faktiki tam işlədiyi ayların sayına bölünməsi yolu ilə hesablanırdı.

Artıq bu hesablanma şəxsin işsiz kimi qeydiyyata alınmasından yox, sığorta hadisəsinin baş verdiyi tarixdən aparılacaq.

İndiyədək işsizliyin başlanmasından əvvəlki ardıcıl gələn 36 təqvim ayı ərzində müddətli əmək müqaviləsi (“Məşğulluq haqqında” Qanuna uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən haqqı ödənilən ictimai işlərin təşkili istisna olmaqla) üzrə ən azı 35 ay sığorta stajına malik olan əmək qabiliyyətli şəxslərə işsiz kimi qeydiyyata alındığı tarixdən 3 ay sonra minimum sığorta ödənişi təyin edilirdi.

Bu halda sığorta ödənişinin müddəti 3 ay təşkil edir və hər ay üçün bərabər məbləğdə ödənilirdi. Artıq bu məsələ də işsizliyin başlanmasından yox, sığorta hadisəsinin baş verdiyi tarixdən nəzərə alınacaq. 35 ay sığorta stajı isə 30-a endirilib. Sənəddəki “işsiz kimi qeydiyyata alındığı tarixdən 3 ay sonra” sözləri çıxarılıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top