Deputat: “Bəzi vətəndaşlar qeyd edirlər ki, azad edilən ərazilərdə quru torpaqda da yaşamağa hazırdırlar”

GÜNDƏM 15 apr 2022, 13:42
“Tam əminliklə deyə bilərəm ki, qaçqın və məcburi köçkünlərin böyük əksəriyyəti doğma yurdlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər. Bu, istisnasız olaraq, bəlkə də, hər kəsin ən böyük arzusudur. Bəzi vətəndaşlar qeyd edirlər ki, biz indidən həmin ərazilərə gedib quru torpaqda da yaşamağa hazırıq”.

Bunu Pravda.az-a açıqlamasında 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin deputatı Ceyhun Məmmədov deyib.

Deputat qeyd edib ki, doğma torpaqlarından didərgin düşmüş insanlar geri qayıtmağı səbirsizliklə gözləyirlər: “Bu, birmənalı olaraq belədir. Yəni, “Böyük Qayıdış”ın könüllüləri çoxdur. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan dövləti vətəndaşların tez bir zamanda doğma yurdlarına qayıtması üçün çox ciddi tədbirlər həyata keçirir. Əlbəttə ki, həmin ərazilərdə həyat öz axarına qayıdacaq. Təsadüfi deyil ki, seçici müraciətlərinin böyük əksəriyyəti Qarabağa qayıdışla bağlıdır. Müraciət edənlərin hər biri, istisnasız olaraq, “Qarabağa nə vaxt qayıdırıq?” sualını verirlər. Bu, sevindirici haldır. Əsas odur ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə “Böyük Qayıdış”la bağlı ciddi tədbirlər reallaşdırılır. Həmin ərazilərdə vətəndaşlar üçün normal həyat şəraitinin qurulması üçün lazımi bütün işlər həyata keçirilir”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top