Təhsil eksperti: “Yanlış anlaşılmasın, kurikulum ləğv edilməyib”

GÜNDƏM 14 apr 2022, 13:33
Sosial şəbəkələrdə məktəbəqədər (3-6 yaş) təhsil proqramının, yəni kurikulumun ləğv edilməsi haqda məlumatlar yayılıb. Təhsil naziri Emin Əmrullayev “Məktəbəqədər təhsil proqramı (kurikulum)”nın təsdiqi barədə əmr imzalayıb. 

Əmrə əsasən, Təhsil Nazirliyi tərəfindən 1998-ci ildə təsdiq edilmiş “Məktəbəqədər müəssisələrdə tərbiyə və təlim proqramı” və Təhsil Nazirliyinin 10 iyul 2012-ci il tarixli 1329 nömrəli əmri ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında məktəbəqədər təhsil proqramı (kurikulumu) (3-6 yaş)” ləğv edilib.

Əmr haqda məlumat yanlış anlaşılaraq kurikulumun ləğvi xəbəri kimi yayımlanıb. İnsanlar elə başa düşüb ki, kurikulum ləğv olunub. Lakin belə deyil. 

Məsələ ilə bağlı Demokrat.az təhsil eksperti Elçin Süleymanovla əlaqə saxlayıb. Elçin Süleymanov bildirib ki, 2012-ci ildən tətbiq olunmağa başlayan məktəbəqədər kurikulum ləğv olunub. Bunun əvəzinə, 2016-cı ildə qəbul olunan orta təhsil haqqında strategiyaya uyğun olaraq dövlət standartı - yeni kurikulum hazırlanıb.



Ekspert əlavə edib ki, əvvəl məktəbəqədər, orta təhsil və tam orta təhsil kurikulumları ayrı-ayrı idi, indi bunlar vahid kurikulumda əks olunacaq. 

“Bir sözlə, kurikulum ləğv olunmayıb. Sadəcə, standarta görə yeni sənəd hazırlanıb. 2012-ci ildəki əmr qüvvədən düşüb. Çünki, həmin sənəddə məktəbəqədər təhsil nəzərdə tutulmamışdı. Lakin yeni kurikulum sənədində təhsilin həm məktəbəqədər, həm də orta və tam orta təhsil pillələrini əhatə olunub. Artıq dövlət standartı qəbul olunub, kurikulum da yəqin ki, sentyabr ayına hazır olacaq. Üstünlüyü odur ki, məktəblərarası əlaqə olacaq. Artıq bağçalar da Təhsil Nazirliyinin nəzarətində olduğu üçün, ta bağçadan təhsilin növbəti pillələri də daxil olmaqla, bir-biri ilə əlaqəli olacaqlar.” deyə, ekspert əlavə edib. 

Gülçin Qorxmaz
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top