“Moskva” yanır — Ukraynadan Rusiyaya AĞIR ZƏRBƏ

REGİON 14 apr 2022, 09:12
Ukrayna ordusu Rusiya donanmasının  “Moskva” gəmisini “Neptun” gəmi əleyhinə raketlərlə vurub.

Demokrat.az xəbər verir ki, bu barədə Odessa qubernatoru Maksim Marçenko məlumat verib.

Qubernator bildirib ki, Qara dənizi qoruyan Neptun raketləri Rusiya gəmisinə çox ciddi ziyan vurub.

Ukrayna Prezidentinin köməkçisi Aleksey Arestoviç qeyd edib ki, 510 əsgərin olduğu gəmidə fırtına səbəbindən yanğınsöndürmə işləri çətinləşib.

“Vurulan gəmi İlan adasında Ukrayna əsgərlərinin təslim olmasını tələb edən gəmi olub”, – deyə vurğulayıb.

Rza
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top