Şəhid anasına vəzifə verildi — FOTOLAR

GÜNDƏM 12 apr 2022, 18:02
Vətən müharibəsi şəhidi Əlihüseyn Məmmədovun anası Arzu Məmmədova Bakı şəhəri 226 nömrəli tam orta məktəbin direktoru təyin olunub.

Demokrat.az xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Arzu Məmmədova 1996-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin ibtidai təhsilin pedaqogikası və metodikası ixtisasını bitirib. İlk pedaqoji fəaliyyətinə Bakı şəhəri 220 nömrəli məktəb-liseydə ibtidai sinif müəllimi kimi başlayıb.

2010-cu ildə tərbiyə işləri üzrə direktor müavini, 2019-cu ildən isə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb.

A.Məmmədova səmərəli pedaqoji fəaliyyətinə görə bir sıra təltiflərə layiq görülüb. Eyni zamanda inkişafetdirici təlimlərdə iştirak edərək sertifikatlarla təltif olunub.

Qeyd edək ki, şəhid Əlihüseyn Məmmədov 1998-ci ildə Bakı şəhərində anadan olub. Vətən müharibəsində Əlihüseyn Məmmədov Füzuli istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına həlak olub. Vətən müharibəsindəki şücaətinə görə o, “Füzulinin azad olunmasına görə”, “Vətən uğrunda” və  “Cəsur döyüşçü” medalları ilə təltif edilib.(oxu.az)



SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top