Millimizin üzvü Almaniya klubundan ayrılır?

İDMAN 12 apr 2022, 10:53
Almaniya 2-ci Bundesliqa təmsilçisi “Erzgebirge”də çıxış edən millimizin üzvü Dmitri Nazarov Aue təmsilçisindəki gələcəyi haqda danışıb.

“Qafqazinfo” “TAG24”ə istinadən xəbər verir ki, o, klubdan ayrıla biləcəyini istisna etməyib:

“Hələ heç kimlə heç nə ilə əlaqədar danışmamışam. Mən çox nikbin insanam və həmişə ayağa qalxacağımıza inanmışam. İki gün özümü silkələyib, ailəmlə danışacağam. Görək, nə etmək mümkündür. Klub rəhbərliyi ilə də söhbətim olacaq”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top