"Bu şəxslərə yaxın vaxtlarda birdəfəlik ödəmənin verilməsinə başlanılacaq"

GÜNDƏM 11 apr 2022, 11:20

“Dövlət başçısının 2021-ci ilin dekabr ayında imzaladığı Fərmanla 1997-ci il avqustun 2-dək ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralanaraq əlilliyi müəyyən edilmiş şəxslərə, onlardan vəfat edənlərin ailə üzvlərinə yaxın vaxtlarda birdəfəlik ödəmə verilməsinə başlanacaq”.

APA xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev “Sosial islahatların uğurları, bu islahatlara beynəlxalq baxış və mükafatlar” mövzusunda mətbuat konfransında deyib. Onun sözlərinə görə, eyni zamanda, Prezident İlham Əliyevin tapşırığı ilə 44 günlük Vətən müharibəsi iştirakçıları da sosial dəstək proqramı ilə əhatə olunub:

“Müharibə veteranı” adı verilmiş şəxslərə Prezidentin aylıq təqaüdü təyin olunub” – o deyib.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top