Şagird müəllimi döydü — Araşdırma aparılır

HADİSƏ 08 apr 2022, 20:45

Bakıda orta məktəb müəllimi, 1985-ci il təvəllüdlü Anar Mustafayev şagird tərəfindən döyülüb.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə aprelin 1-də Nardaran qəsəbəsi 130 saylı orta məktəbdə baş verib.

2005-ci il təvəlüldlü şagird M.K. xuliqanlıq zəminində müəllimi döyərək ona xəsarət yetirib.

Müəllim xəstəxanaya müraciət etməsə də, faktla bağlı araşdırma aparılır.

Məsələ ilə bağlı Bakı Şəhər Təhsil İdarəsinə sorğu ünvanladıq. İdarədən bildirildi ki, 130 nömrəli tam orta məktəbin X sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) ilə həmin məktəbin müəllimi arasında şagirdin dərsə gecikməsinə görə anlaşılmazlıq yaranıb. Bundan dərhal sonra şagirdin valideyni məktəbə dəvət olunub, məsələ aydınlaşdırılıb və müəllimdən üzr istənilib. Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top