Ukraynada vağzala hücum nəticəsində ölü sayı 50-yə çatdı

GÜNDƏM 08 aprel 2022, 20:03
Rusiyanın Ukraynanın Donetsk vilayətinin Kramatorsk dəmiryolu vağzalına endirdiyi raket zərbəsi nəticəsində ölənlərin sayı 50-yə çatıb.

Demokrat.az  UNIAN-a  istinadən bildirir ki,  bu barədə Donetsk Regional Dövlət Administrasiyasının sədri Pavel Kirilenko məlumat verib

"Bu saata qədər ölənlərin sayı 50-yə çatıb, onlardan 5-i uşaqdır. 98 nəfər xəstəxanalara çatdırılıb.

"Tibb müəssisələrinə çatdırılan 98 yaralıdan 16-sı uşaq, 46-sı qadın və 36-sı kişidir. Onlardan 12-si xəstəxanada dünyasını dəyişib. 38 nəfər isə  stansiyada dünyasını dəyişib".

Onun sözlərinə görə, bir-iki gün ərzində digər zərərçəkənlərin də həkimlərə müraciət edəcəyi gözlənilir, ona görə də zərərçəkənlərin sayı  dəyişəcək.

Leyla
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top