Dubay şeyxlərinə azərbaycanlılar da qoşuldu — Hobbi üçün dovşan alırlar (FOTOLAR)

MARAQLI 08 apr 2022, 15:26
Azərbaycanda bəzi şəxslər hobbi üçün Türkiyənin Adana vilayətinin İmamoğlu rayonunda fermada yetişdirilən, çəkisi 12 kilqoramdan artıq olan Velika cinsindən dovşanlar alacaq.

Demokrat.az xəbər verir ki, bu barədə fermanın sahibi Kasım Mesutoğlu açıqlama verib.

Onun sölərinə görə, əvvəlcə 5 nəhəng Velika dovşanını hobbi olaraq saxlayıb: "Hazırda onların sayı 5 mini ötüb. Çəkisi 9-11 kiloqramdır. Qulaqları 22,5 santimetrdir. Normal ətli dovşanların çəkisi 4-6 kiloqram, nəhəng dovşanlar isə hətta 12 kiloqramı keçə bilir". 

Hazırda dovşanlarına böyük marağın olduğunu bildirən Kasım Mesutoğlu Qətər, Bəhreyn və Dubaya sifarişlə dovşan ixrac edirlər: "Dovşanlara gözləmədiyimiz daha çox tələb Azərbaycandan gəlib".(qaynarinfo.az)



DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top