Peskov: "Putin heç vaxt hərbi cinayətlərə görə mühakimə olunmayacaq"

GÜNDƏM 07 apr 2022, 23:16
 Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov "Sky News" telekanalına müsahibə verib.

Demokrat.az Rusiya mətbuatına istinadən bildirir ki, o, Vladimir Putinin hərbi cinayətlərə görə mühakimə olunma şansının olmadığını deyib.

“Xeyr, biz bunun heç bir ehtimalını görmürük”, Peskov  “Putin müharibə cinayətləri məhkəməsinə çıxarılacağından narahatdır?” sualına cavabında bildirib.

 Peskov həmçinin qeyd edib ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Rusiya Silahlı Qüvvələri yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.

Leyla
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top