Solovyovun İtaliyadakı malikanəsi yandırıldı

DÜNYA 06 apr 2022, 16:31
İtaliyanın Menaco şəhərində Komo gölü sahilində rusiyalı teleaparıcı Vladimir Solovyova məxsus olan villa yandırılıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı İtaliyada çıxan “La Repubblica” qəzeti yayıb.

“Müstəntiqlərin araşdırması davam edir. Deyə bilərik ki, binaya ciddi ziyan dəyməyib. Hazırda villa boşdur. Ola bilsin bu, etiraz aktıdır”, - Menaco şəhərinin meri Mikele Spacari bildirib.

Məlumata görə yanğınsöndürənlər yanğının qarşısını tez alıblar. Hadisə yerindən yanmış təkərin aşkarlanması villanın yandırıldığını ehtimal etməyə əsas verir.

İtaliyanın Maliyyə Qvardiyasının əməkdaşları Komo gölü sahilində Solovyova məxsus iki villaya həbs qoymuşdu.

Xatırladaq ki, Rusiyanın Ukraynadakı hərbi əməliyyatları təbliğ etdiyi üçün Vladimir Solovyov Avropa İttifaqının sanksiya siyahısına daxil edilib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top