Ərdoğan və Olaf Şolts arasında Rusiya-Ukrayna MÜZAKİRƏSİ

GÜNDƏM 04 apr 2022, 20:34

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Almaniya Kansleri Olaf Şolts arasında telefon danışığı olub.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsindən bildirilib.

Məlumata əsasən, danışıq zamanı başda Türkiyə-Almaniya münasibətləri və Rusiya-Ukrayna böhranı olmaqla regional məsələlər müzakirə edilib.

Prezident Ərdoğan Türkiyə ilə Almaniya arasında əlaqələrin gücləndirilməsinin və bütün səviyyələrdə sıx əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb.

Türkiyə Prezidenti, həmçinin Ukraynada müharibəni bitirmək üçün səylərini qətiyyətlə davam etdirdiklərini bildirib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top