Sumqayıt şəhərində 1991-ci il təvəllüdlü Fuad şəxsi münasibətlər zəminində atası Şəmiyə (adlar şərti verilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən il sentyabrın 29-də, səhər saatlarında baş verib. Fuad yaşadığı evdə atası ilə aralarında yaranmış mübahisə zamanı iki dəfə yumruq zərbəsi ilə vurub.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fuad ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, sentyabrın 29-də, səhər saatlarında yaşadığı evdə səs-küy yaranması nəticəsində yuxudan oyanıb: “Atam anam ilə mübahisə etdiyini gördüm. Dərhal yuxudan oyanaraq atamdan nəyə görə mübahisə etdiklərini soruşdum. Lakin atam mənə cavab vermədi və anama qarşı nalayiq ifadələr işlətdi, onu təhqir etməyə davam etdi. Atama evimizdə qardaşımın yoldaşının da olduğunu və söyüş işlətməyin ona yaraşmadığını bildirdim. Lakin atam mənə məhəl qoymadı. Onun bu hərəkətlərindən qəzəbləndiyimdən otağın qapısına br dəfə yumruq zərbəsi endirdim və atam bu hadisədən sonra üzərimə gəldi. Bu zaman atama geri çəkilməsini bildirdim. Lakin geri çəkilmədi. Geri çəkilsin deyə atamı tutdum, əlim ilə bir dəfə üz nahiyyəsinə vuraraq itələdim. Nəticədə atamın başı otağın qapısına dəydi. Sonra atam polisə zəng etdi”.
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Şəminin sözlərinə görə, hadisə baş verən zaman artıq bir aya yaxın bir müddət idi ortancıl oğlu olan Sahib ona özünə ayrı ev almaq istədiyini, bunun üçün pula ehtiyacı olduğunu, bu səsəbdən də yaşadıqları evi banka girov kimi qoymalarını bildirib: “Lakin bununla bağlı etirazımı oğluma dəfələrlə bildirdim. Bu məsələyə görə ortancıl oğlum Sahib ilə böyük oğlum Fuad arasında narazılıqları yarandı”.
Zərərçəkmiş qeyd edib ki, sentyabrın 29-da, səhər saalarında işdən evə gələn zaman həyat yoldaşı yaşadıqları evin qarşısında süd məhsulları satan kişinin yanında dayandığını görüb: “Həmin zaman yoldaşıma bununla bağlı öz iradımı bildirdim. Sonra hər ikimiz yaşadığımız evə keçdik. Həyat yoldaşımı bununla bağlı danlamağa başladım. Bu zaman aramızda narazılıqlar olan böyük oğlum Fuad buna görə mənimlə mübahisə etməyə başladı. Aramızda baş vermiş şəxsi münaqişə zamanı böyük oğlum Fuad üz nahiyyəmə iki dəfə zərbə endirdi. Hadisədən sonra bununla bağlı polisə zəng etdim. Oğlum bunu görən zaman evi tərk etdi”.
Zərərçəkmiş deyib ki, hazırda oğlu ilə barışıb, ondan şikayəti yoxdur.
Bu cinayət işinə Sumqayıt şəhər Məhkəməsində baxılıb.
Məhkəmə hökm çıxaran zaman təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını nəzərə alıb.
Bu səbəbdən Fuadın barəsində olan cinayət təqibinə xitam verilib.
Fariz Məlikli
Demokrat.az