Ukrayna səfirliyi partlayışla bağlı başsağlığı verdi

HADİSƏ 03 apr 2022, 17:32
"Bakının mərkəzində gecə baş verən partlayış nəticəsində ölənlərin olması xəbəri bizi son dərəcə sarsıtdı".

Demokrat.az
xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı Səfirliyi feysbukda paylaşım edib.

"Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və xəsarət alanların tezliklə sağalmasını diləyirik", - paylaşımda deyilir.

Qeyd edək ki, hadisə bu gün saat 03:00 radələrində Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda baş verib. Partlayış zamanı ümumilikdə 31 nəfər müxtəlif dərəcəli xəsarət alıb, 1 nəfər vəfat edib. Baş vermiş partlayış zamanı xəsarət alanlardan 2 nəfər xarici ölkə vətəndaşıdır. Həmçinin 14 avtomobil, 1 mənzil və 2 qeyri yaşayış obyektinə də ziyan dəyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top