Putin qaz ticarəti qaydaları haqqında fərman imzaladı

GÜNDƏM 31 mar 2022, 19:22

Rusiya Prezidenti Vladimir Putin müqavilələr üzrə yeni ödəniş sistemini nəzərdə tutan qeyri-dost ölkələrlə qaz ticarəti qaydaları haqqında fərman imzalayıb.

Demokrat.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Putin enerji resursları üçün yeni ödəniş sisteminin necə işləyəcəyinə aydınlıq gətirib: “Biz belə ölkələrdən olan podratçılara aydın və şəffaf sxem təklif edirik: Rusiya təbii qazını almaq üçün onlar Rusiya banklarında rubl hesabları açmalıdırlar, sabahdan, aprelin 1-dən təhvil verilən qaza görə ödənişlər məhz bu hesablardan həyata keçiriləcək”.

Rusiya lideri bildirib ki, heç kim Rusiyaya pulsuz heç nə satmır: “Biz də xeyriyyə işləri görməyəcəyik. Yəni mövcud müqavilələr dayandırılacaq".

O, həmçinin qeyd edib ki, qazın dollar və avroya alqı-satqısı zamanı yaranan risklər Rusiya üçün qəbuledilməzdir.

Leyla
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top