Bakının Sabunçu rayonunda “bit bazarı” deyilən bir bazar var. Rus bazarı kimi də tanınır.
Buradakı mallar dəyərindən də ucuz qiymətə satılır.

Bazarda seçim imkanları olduqca genişdir, münasib qiymətə geyim, ayaqqabı, saat, samovar, oyuncaq, müxtəlif ədviyyatlar, hətta avtomobil də satılır. digər əşyalar tapmaq olar. Qiymətlərin ucuzluğu ilə seçilən bazar xalq arasında “bit”, “rus” və “kalxoz” bazarı adı ilə tanınır. Qiymətlərin ucuz olmasının səbəbi əşyaların köhnə olmasıdır. Burada antik əşyalara da rast gəlmək olur.

Maraqlısı budur ki, bit bazarında qiymətlər 20 qəpikdən başlayır. Ümumi qiymət isə 1-2 manat arasında dəyişir. Satıcıların bir qismi malları başqa yerdən aldığını bildirsə də, bəziləri evdən gətirdiyini deyir.
Demokrat.az bazarda fəaliyyət göstərən satıcılardan bir neçəsi ilə həmsöhbət olub:

“Ədviyyatlar, toxumlar satıram. 50 qəpiyə üçünü bir manata satıram.”

“Bir manata, 50 qəpiyə uşaq oyuncaqları satıram, kitablar, geyimlər satıram. Yəni ucuzluqdur.”
Bazarda satılan əşyaların içində samovarlar xüsusi diqqət çəkir. Satıcı deyir ki, onun düzəltdiyi samovarlar bazarda satılan ən bahalı əşyalar sırasındadır.

“Samovar satırıq fərqli qiymətlərə. Özüm ustayam, həm təmir edirəm, həm parladıram. Qiymətlər müxtəlifdir, 110 manatdan başlayır, 200, 300, hətta 500 manata qədər.

Alıcılar da malların keyfiyyəti və qiymətindən razıdırlar. Digər bazar və ticarət obyektlərində tapılmayan məhsulları da burada tapmaq mümkündür. Onu da qeyd edək ki, bit bazarı yalnız şənbə və bazar günləri fəaliyyət göstərir.
Gülçin Qorxmaz
Demokrat.az