Əməkdar rəssam həbsdən azad edildi

GÜNDƏM 30 mar 2022, 22:06

Əməkdar rəssam Rəşad Ələkbərov həbsdən azad edilib.


Demokrat.az xəbər verir ki, bu barədə R.Ələkbərovun vəkili Adəm Məmmədov "Facebook" səhifəsində bildirib.

"Əməkdar rəssam Rəşad Ələkbərovun həbsdən azad olunması ilə bağlı tərəfimizdən verilmiş vəsatət təmin edildi", - o qeyd edib.

Qeyd edək ki, Əməkdar rəssam həbs edilmişdi.

Onun barəsində Cinayət Məcəlləsinin 192.1 (qanunsuz sahibkarlıq), 247 (işlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi qaydalarını pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülmüşdü.


Leyla
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top