Gündəm

Ukraynalı deputat: "Danışıqlarda Türkiyəyə hər iki tərəf etimad göstərir"

Ukraynalı deputat: Danışıqlarda Türkiyəyə hər iki tərəf etimad göstərir

Türkiyə Rusiya-Ukrayna müharibəsinin dayandırılması üçün xoş niyyətlə vasitəçi rolunu oynayır.

Bunuaçıqlamasında Ukrayna Ali Radasının Xarici siyasət və parlamentlərarası əməkdaşlıq komitəsinin sədri Oleksandr Merejko söyləyib.

Türkiyənin sülh yolunda vasitəçiliyinə dair sualı cavablandıran deputat bildirib ki, rəsmi Ankaraya danışıqlarda hər iki tərəf etimad göstərir.

“Ukrayna Krım məsələsini həmişə obyektiv qiymətləndirən Türkiyəyə strateji tərəfdaş kimi güvənir. Türkiyə hər zaman ərazi bütövlüyümüzü, suverenliyimizi və təhlükəsizliyimizi dəstəkləyib”, - deyə Oleksandr Merejko əlavə edib./AZƏRTAC

D
demokrat.az