“Bu gün evlərini, həyətlərini su basanlar yayda normal yaşamı üçün su tapa bilmirlər. Səbəblər ciddidir, amma ən böyüyü su ehtiyatlarının düzgün idarə edilməməsidir”.
Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov deyib. Ekspert qeyd eedib ki, Cənubi Qafqazda Azərbaycan su ehtiyatlarının həcminə görə acınacaqlı paya sahibdir: “Belə ki, Cənubi Qafqazın su ehtiyatının 310 mlrd.kubmetrdir ki, burada Gürcüstan 62, Ermənistan 28 faiz paya sahib olduğu halda, bizə yalnız təxminən 10 faiz qalır. Bunun da 75 faizi transsərhəd çaylarının hesabına təmin edilir. Yəni Azərbaycanın suya olan təlabatının hər 100 kubmetrdən 75-i Kür və Araz kimi qonşu ölkələrdən gələn çaylar hesabına ödənir. Bu o deməkdir ki, Cənubi Qafqazın su ehtiyatlarının cəmi 2,5 faizi birbaşa özümüzə məxsusdur. Deməli, hazırkı situasiyada suyu idarə eləmək nefti idarə etməkdən daha çətin görünür. Çünki, ilin bir mövsümü insanların ev-eşiyini viran qoyur, digər mövsümündən susuzluqdan insanlar, onların təsərrüfatları, heyvanları, əkdikləri məhsullar, sahibkarlar və ümumi anlamda iqtisadiyyat ciddi zərər görür. Torpaq ayır, subsidiya ver, güzəştli kredit ver, onu ver, bunu ver,... insanlar da gecə-gündüz əmək sərf eləsin, sonda isə nəticə sıfır. Subsidiya batdı, kredit batdı, insan əməyi batdı, məhsuldarlıq batdı, ixrac istənilən nəticəni vermədi, daxili bazarda qiymət qalxdı. Nə var ki, biz qonşu ölkələrdən gələn çaylardan, daha doğrusu qonşu ölkələrin o çaydan bizə nə qədər su buraxmasından asılı vəziyyətdəyik. Yeraltı su ehtiyatlarımız isə ciddi antropogen təsirlərə məruz qalır”.
“Yağış suyundan istifadəyə dair yeni texnoloji infrastrukturun yaradılması, “texniki su” anlayışının praktik istifadədə tətbiqi, buxarlanmadan yararlanma texnologiyasının tətbiqi, yeni suvarma texnologiyalarının tətbiqi, israfçılığın azaldılması və s. kimi bir sıra yollar var ki, su ehtiyatlarından daha səmərəli istifadəyə imkan verir. Yəni, süni su hövzələri yaratmaq lazımdır,”- deyə iqtisadçı əlavə edib.
Aynurə Pənahqızı
Demokrat.az