AFB Bank istiqrazlarına yüksək tələbat olub

MALİYYƏ 28 oktyabr 2025, 12:55
AFB Bank tərəfindən buraxılmış istiqrazlara investorlar tərəfindən böyük maraq göstərilib. Bankın 5 milyon manat həcmində istiqraz satışı uğurla başa çatıb və 80 investor tərəfindən tam həcmdə alınıb. İstiqrazlara qısa müddətdə formalaşan tələbat, maliyyə alətlərinə marağın artdığını və AFB Bank-a etimadı göstərir.

10 oktyabr 2025-ci il
tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “AFB Bank” ASC-nin istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir. Qeyd olunan qiymətli kağızların abunə yazılışı 15 oktyabr 2025-ci il tarixində başlayıb, 24 oktyabr 2025-ci il tarixində başa çatmışdır.

Buraxılan istiqrazların nominal dəyəri 100 manat, illik gəlir faizi 13%, tədavül müddəti isə 24 ay təşkil edir. Faiz ödənişləri istiqrazların yerləşdirildiyi tarixdən etibarən hər 90 gündən bir həyata keçiriləcək.
İstiqraz buraxılışı bankın yeni inkişaf strategiyası çərçivəsində cəlbedilmiş vəsaitlərin diversifikasiyası və maliyyə bazarlarının inkişafına töhfə vermək məqsədini daşıyır. Bankın tarixində ilk dəfə həyata keçirilən bu addım investorların yüksək marağı ilə qarşılanıb. Gələcəkdə də bu maliyyə alətindən aktiv şəkildə istifadə olunması nəzərdə tutulur.

Xatırladaq ki, Beynəlxalq reytinq agentliyi Fitch Ratings AFB Bank-a “B” uzunmüddətli emitent reytinqi (IDR) və “Stabil” proqnoz təyin edib. Bu qiymətləndirmə bankın möhkəm kapitallaşması, kifayət qədər likvidlik səviyyəsi və davamlı mənfəətliliyi ilə əsaslandırılır.

AFB Bank bundan sonra da həm investorlar, həm də müştərilər üçün dəyər yaradan, gəlirli və etibarlı maliyyə həlləri təqdim etməyi davam etdirəcək.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 oktyabr 2025, 13:21
28 oktyabr 2025, 13:00
Top