"KVN-çilərimiz Şuşa adını dəyişməkdənsə, o festivala tüpürüb, çıxmalıydı" — Aqil Abbas

GÜNDƏM 23 yan 2022, 15:20
Rusiyanın Soçi şəhərində keçirilən ŞHK (Şən və Hazırcavablar Klubu) komandalarının 33-cü Beynəlxalq Festivalında ("KiViN-2022”) Azərbaycanı təmsil edən komanda ermənilərin etirazından sonra Şuşa adını "Buta” ilə əvəzləyib.

Demokrat.az xəbər verir ki, məsələ ilə bağlı Manset.az-a açıqlama verən Milli Məclisin deputatı Aqil Abbas ölkəmizi təmsil edən komandanın belə addım atmasını sərt tənqid edib:

“Şuşa adının dəyişdirilməsinə münasibətim çox pisdir. O festivala tüpürüb, çıxıb gəlməliydilər. Vəssalam, bunun ayrı yolu yox idi. O, ad uğrunda neçə qəhrəman oğullarımız şəhid olub, neçəsi sağlamlığını itirib. Müşfiq Abbasov açıqlamasında Ruben Jaqinyan adlı şəxsin onlara tədbirin təşkilatçılarının komandanın adını dəyişdirməyi təklif etdiyini bildirdi. İstəyir Jugen olsun, ya Qurgen, fərqi yoxdur. Onların Şuşa adını dəyişdirməyə nə ixtiyarı var? Gözləməzdim Müşfiqdən!”

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top