“Legiya” Mahir Emreli üçün Türkiyə klublarına qiymət oxudu

İDMAN 19 yan 2022, 15:39
Polşanın “Legiya” klubu komandanın toplanışına qatılmayan Mahir Emreliyə elçi düşən Türkiyə təmsilçilərindən tələb etdiyi məbləğ bəlli olub.

Demokrat.az xəbər verir ki, “Başakşəhər” və “Sivasspor” kimi Super Liqa klubları varşavalılarla danışıqlar aparsalar da, tərəflər ortaq məxrəcə gələ bilməyib.

Belə ki, “Legiya”nın avtobusuna məlum hücum zamanı təhlükəsizlik tədbirlərinin görülmədiyini əsas gətirərək polşalılarla vidalaşmağı hədəfləyən Emrelinin davranışı qarşı tərəfin prinsipial mövqe tutmasını şərtləndirib. Azərbaycan millisinin hücumçusuna görə 2,5 milyon avro istəyən paytaxt klubu məbləğ məsələsində güzəştə getmək niyyətində deyil. Məhz bu səbəbdən hazırda Bakıda məşq edən Emrelinin Türkiyə Super Liqasında oynamaq arzusu reallaşmır.(fanat.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top