İlham Əliyev və Putin telefonla danışdılar

GÜNDƏM 18 yan 2022, 19:02

Azərbaycan və Rusiya prezidentləri İlham Əliyevlə Vladimir Putin arasında telefon danışığı olub.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Prezidentlər Ukraynadaxili nizamlanma məsələlərini müzakirə ediblər. Vladimir Putin ABŞ və müttəfiqləri ilə Rusiyanın təhlükəsizliyini təmin etmək üçün təminatların verilməsi məsələlərində təmaslarından danışıb.

Tərəflər Qazaxıstanda baş verən son hadisələrlə bağlı fikir mübadiləsi apararaq, xüsusən də KTMT sülhməramlı qüvvələrinin iştirakı sayəsində vəziyyətin tez bir zamanda sabitləşməsindən məmnunluq ifadə ediblər.

Telefon danışığı zamanı Rusiya-Azərbaycan strateji tərəfdaşlığını daha da gücləndirmək niyyəti təsdiqlənib./report

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top