Milli Məclisin yaz sessiyasının qanunvericilik işləri planı açıqlandı — SİYAHI

DAXİLİ SİYASƏT 18 yan 2022, 17:49
Milli Məclisin 2022-ci il yaz sessiyasının qanunvericilik işləri planı müəyyənləşib.

Demokrat.az xəbər verir ki, sessiyada yeni qanun layihələrinə baxılması, habelə əvvəlki sessiyadan qalan layihələrin növbəti oxunuşlarda müzakirəsinin davam etdirilməsi nəzərdə tutulur.

Bunlar “Ali təhsil haqqında”, “Qida təhlükəsizliyi haqqında”, “Reproduktiv sağlamlıq haqqında”, “Hərbi qulluqçuların statusu haqqında”, “Qeyri-maddi mədəni irsin qorunması haqqında”, “Qiymətləndirmə fəaliyyəti haqqında” və s. qanun layihələridir.

Bundan başqa, sessiya ərzində Azərbaycan Prezidentinin, Milli Məclis deputatlarının, Ali Məhkəmənin, Baş Prokurorluğun, Naxçıvan Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdikləri və edəcəkləri qanun layihələrinə də baxılması planlaşdırılır.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top