Rusiya sülhməramlıları Qazaxıstandan ölkələrinə qayıtdı

DÜNYA 16 yan 2022, 17:22
KTMT kontingenti tərkibindəki Rusiya qoşunlarının şəxsi heyəti və texnikası iyirmi təyyarə ilə Qazaxıstandan ölkələrinə qayıdıb.

TASS-ın məlumatına görə, Moskva yaxınlığındakı Çkalovski aerodromunda Qazaxıstandan qayıdan Rusiya sülhməramlılarının təntənəli qarşılanma mərasimi keçirilib.

Rusiya Müdafiə Nazirliyindən verilən məlumata görə, mərasim hərbi yürüşlə başa çatıb.

Qeyd edək ki, Rusiya hərbçilərini Qazaxıstandan ölkələrinə gətirmək üçün əvvəlcədən xəbər verildiyi kimi 19 deyil, 20 təyyarə lazım olub./Oxu.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top