İranda partlayış törədilib – 20 hərbçi ölüb, 20 nəfər isə yaralanıb

HADİSƏ 13 fev 2019, 23:50

İranın cənub-şərqindəki Sistan və Bəloçistan ostanı ərazisində İslam İnqilabı Keşikçilərinin hərbi hissəsinə bombalı hücum olub, 20 hərbçi ölüb, 20 nəfər isə yaralanıb.


Demokrat.az İRNA-ya istinadla xəbər verir ki, hələlik bu hücumun məsuliyyətini heç bir qrup üzərinə götürməyib.


Tiryək qaçaqmalçılığının mühüm mərkəzlərindən olan sözügedən bölgədə təhlükəsizlik qüvvələrilə bəloçi separatçı dəstələri arasında mütəmadi toqquşmaların baş verdiyi bildirilir. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top