"Mənə paxıllıq edirlər" — Manaf Ağayev

ŞOU-BİZNES 26 apr 2024, 15:53
Müğənni Manaf Ağayev Füzuli şəhərində ad günü ilə əlaqədar onu müşayiət edən maşın karvanına aydınlıq gətirib.
 
Sənətçi Qaynarinfo-ya açıqlamasında maşın sahiblərinin dostları olduğunu bildirib:

"Hamısı məni qarşılamağa gəlib. Kim nə istəyir  yazsın, ürəkləri götürmür də, mən nə edim. Kimin ürəyi götürmürsə özü bilər, baxmasın”.  

Manaf Ağayev 60 illik yubileyini doğulduğu  torpağında keçirəcəyini qeyd edib:

"Tədbir açıq havada olacaq. Kim istəyir gələ bilər”. 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top