İcra başçısı “Bu şəhərdə”nin konsertinə icazə vermədi

HADİSƏ 11 fev 2019, 10:02

Sumqayıtda “Bu şəhərdə”nin konsertinin keçirilməsinə icazə verilməyib.


Demokrat.az xəbər verir ki, bu barədə “Bu şəhərdə”nin prodüseri Müşfiq Abbasov bildirib. Onun sözlərinə görə, tamaşaçıların istəyinə əsasən, konsertin keçirilməsi üçün Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciət edilsə də, cavab müsbət olmayıb.


“Əziz Sumqayıtlılar! Bizim telefona, “İnstagram” və “Facebook”a gələn sms-lərə cavab olaraq nəzərinizə çatdırırıq ki, mart ayında konsertlərimizin keçirilməsi üçün Sumqayıt şəhər İcra Hakimiyyətinə (Cənab Zakir Fərəcova və onun müavini Teymur Səmədova) iki məktub ünvanlamışıq.


Nəticədə bizə məlum olmayan səbəbdən, Sumqayıtda "Bu şəhərdə" nin konsertlərinin keçirilməsinə icazə verilmədi. "Bu şəhərdə" Sizin şəhərdə olmayacaq”.

 

Картинки по запросу Zakir Fərəcov


Qeyd edək ki, "Bu şəhərdə"nin Bakıda, Naxçıvanda, Gəncədə, Sumqayıtda, Moskvada, Londonda, Stokholmda, Minskdə, Kölndə, Riqada və s. şəhərlərdə 200-dən çox konsertləri olub.(Yeni Sabah)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top