Güclü külək pilota çətin anlar yaşatdı - VİDEO

HADİSƏ 09 fev 2019, 22:12

“British Airways” hava yolları şirkətinə aid sərnişin təyyarəsi güclü külək səbəbindən Londonun Hitrou aeroportuna enə bilməyib.

 

Demokrat.Az oxu.az-a istinadən xəbər verir ki, hadisənin görüntüsü “Big Jet TV”nin YouTube kanalında dərc olunub.

 

Kadrlarda təyyarənin uçuş-eniş zolağına toxunacağı əsnada güclü küləyin onun tarazlığını pozduğunu görmək olur.

 

Pilot sayıqlığı itirməyərək, təyyarəni dərhal havaya qaldırıb və aeroport üzərində dövrə vurmağa məcbur qalıb.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top