Məleykə Abbaszadə 11-ci sinif şagirdlərinə və valideynlərə müraciət etdi

HADİSƏ 17 noy 2018, 17:27

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə yeni növ imtahanlar barədə 11-ci sinif şagirdləri və valideynlərə müraciət edib.


Demokrat.Az-ın məlumatına görə, sədr bildirib ki, yeni növ imtahanlarla bağlı DİM-in rəsmi saytından, abituriyent jurnalından və qurumun sosial şəbəkəsindən istifadə etməlidirlər.


Məleykə Abbaszadə bildirib ki, yeni növ imtahanlar iştirakçılar üçün təzə deyil: 


“Onlar 11 ildir ki, yeni tədris mühitində işləyir. Yeni növ imtahanların keçirilməsi 11 il bundan əvvəl qəbul olunan qərarın nəticəsidir. İmtahanların əsas tərkib hissəsini həmin məzunlar təşkil edir.

60 faizdən çoxu, müəyyən illərdə 70 faizə qədər həmin ilin məzunları qəbul imtahanında iştirak edir. İldən-ilə əvvəlki illərin məzunları bu prosesə qatılmaq istəyirlərsə, həmin ilin tələblərinə uyğunlaşmalıdır. Əvvəlki illərin məzunları bu mərhələdə iştirak etmək istəyirsə, onlar həm birinci mərhələdə (buraxılış imtahanı), həm də ikinci mərhələdə (qəbul imtahanı) iştirak etməlidirlər”.


Sədr qeyd edib ki, elə məzunlar var ki onlar qabiliyyət tələb edən və ya ali məktəbə deyil, orta ixtisas məktəblərinə, kolleclərə sənəd verirlər:


“Onlar üçün birinci mərhələdə iştirak etmək kifayətdir. Həmin ballarla qabiliyyət tələb edən ixtisaslara sənəd verə və ya orta ixtisas müəssisələrinə qəbul oluna bilərlər”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top