İlham Əliyev və Ərdoğan yeni zavodu işə salacaq — Türkiyədə

HADİSƏ 19 okt 2018, 12:28

Azərbaycanın Dövlət Neft Şirkətinin dəstəyi ilə “SOCAR Türkiye” tərəfindən inşa edilən “Star” neft email zavodunun açılışı bu gün baş tutacaq.


Demokrat.Az xəbər verir ki, İzmirin Aliağa rayonunda keçiriləcək tədbirdə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan və Azərbaycan lideri İlham Əliyev iştirak edəcək.


Türkiyə prezidentinin mətbuat xidmətindən verilən açıqlamaya əsasən, “Star” neft email zavodunun açılışında Azərbaycan prezidenti İlham Əliyev, Azərbaycan hökumətinin nümayəndələri, müxtəlif enerji şirkətlərinin rəhbərləri və digər rəsmi şəxslər iştirak edəcəklər.


“Star” neft email zavodu Avropa, Orta Şərq və Şimali Afrika regionunda son illərdə həyata keçirilən ən böyük neft əməliyyatları arasında yer alır.


Qeyd edək ki, Ərdoğan və İlham Əliyevin ikitərəfli görüşü də nəzərdə tutulub.(Olke.Az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top