Bakıda Qarabağ mitinqi keçirilir — FOTOLAR

HADİSƏ 29 sen 2018, 15:14

Bakıda Qarabağ mitinqi keçirilir.

Virtualaz.org-un mitinqdə iştirak edən əməkdaşları bildirirlər ki, Mirmahmud Fəttayev, Akif Nağı, Qarabağ qazisi Firudin Məmmədov artıq tribunada yerlərini tutublar.

"Ya Qarabağ, ya ölüm", "Qarabağa azadlıq" şüarları səsləndirilir. Mitinq dövlət himni ilə açıq elan edilib. Mitinqə türk tələbələr də qatılırlar. Mitinqdə təxminən iki min nəfərə yaxın insan iştirak edir.

Sonra Hacı Vidadi Qarabağ şəhidlərinin ruhuna fatihə oxuyub.

**

Akif Nağı bildirib ki, dövlətin Qarabağın işğaldan azad olunması ilə bağlı nə qırar verməsundən asılı olmayaraq arxasında olacağıq. Təki Qarabağ işğaldan azad olunsun. Hədəfimiz beynəlxalq təçkilatlardır. Nə qədər ermənilərin arxasında dayanacaqsınız?!Bizim gücümüz xalqın iradəsidir!

**

Təhlükəsizlik üzrə ekspert İlham İsmayıl çıxış edərək bildirib ki, gecə-gündüz çal-çağır davam edir, gənclər buganələşiblər. Biz tələb edirik ki, ATƏT-in Minsk qrupu bizim işğal olunmuş ərazilərimizdə məskunlaşmaya imkan verməsinlər.

“Qarabağ” futbol komandasının fanatlar klubunun üzvləri də mitinqə qatılıblar

Ülviyyə Xudiyeva

Gülnar Əliyeva

Virtualaz.org

**

15:54

Bir neçə dəqiqədən sonra Bakıda bəzi siyasi qruplar və keçmiş döyüşçülər tərəfindən təşkil olunan Qarabağ mitinqi başlamalıdır.

Qarabağ Azadlıq Təşkilatının, keçmiş deputat və baş nazir Pənah Hüseynin və digərlərinin təşəbbüsü ilə təşkil olunan mitinqə hakimiyyət düşərgəsindən də dəstək gəlib. Bakı şəhər İcra Hakimiyyəti mitinqin “Məhsul” stadionunda keçirilməsini sanksiyalaşdırıb və polis təşkilatçılara xəbərdarlıq edib ki, aksiyada “mövzudan kənar” şüarlar səsləndirilməməlidir.

Bu aksiyaya hazırlıq günlərdir sosial şəbəkələrdə müzakirə olunur, amma orada kütləviliyin nə dərəcə yüksək olacağını təxmin etmək çətin idi. Əməkdaşlarımız bu aksiyanı izləmək üçün “Məhsul” stadionuna yollanıblar. Əlavə məlumatlar veriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top