Cəlilabadda məktəbli çayda boğularaq öldü

HADİSƏ 03 iyn 2020, 10:45

Cəlilabadda 16 yaşlı məktəbli çayda boğulub.


Demokrat.az xəbər verir ki, hadisə rayon ərazisindəki Göytəpə çayında qeydə alınıb.


Göytəpə şəhəri, M.Əzizbəyov küçəsində yaşayan, 2 saylı orta məktəbin doqquzuncu sinif şagirdi, 2004-cü il təvəllüdlü İlqar Şəbiyev heyvan otararkən Göytəpə çayını keçmək istəyib və çaya yıxılıb.


Nəticədə İ.Şəbiyev boğularaq ölüb. 


Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır.(apa.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top