İranda bir gündə 1365 nəfər koronavirusa yoluxub

HADİSƏ 14 mar 2020, 22:13

İranda ötən gün ərzində 1365 nəfər koronavirusa yoluxub.


TASS-ın xəbərinə görə, bu barədə İran Səhiyyə Nazirliyinin sözcüsü Kiyanuş Cahanpur açıqlayıb.


İranda COVID-19-a ümumilikdə 12729 nəfərin yoluxduğu bildirilir. 611 nəfər isə bu virusdan ölüb.


Qeyd edək ki, İran ərazisində koronavirus fevralın 19-dan yayılıb.


Virusun yayılması səbəbindən bütün İran məktəbləri mart ayının sonunadək bağlanıb, bir çox ölkələr İran İslam Respublikası ilə əlaqələrini məhdudlaşdırıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top