Bakı-Sumqayıt yolunda DƏHŞƏTLİ QƏZA — 2 nəfər ÖLDÜ

HADİSƏ 30 noy 2019, 14:17

Bakıda ağır-yol nəqliyyat hadisəsi baş verib.


Demokrat.az Trend-ə istinadən bildirir ki, qəza Bakı-Sumqayıt yolunda qeydə alınıb. Şahidlərin sözlərinə görə, "Reno" markalı avtomobilinin yol kənarındakı təpəciyə çırpılması nəticəsində iki nəfər dünyasını dəyişib.


Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları dünyasını dəyişmiş şəxslərin deformasiyaya uğramış meyitlərini avtomobildən çıxararaq müvafiq orqanlara təhvil veriblər.


Qəza yerinə Yol Partrul Xidmətinin əməkdaşları da cəlb olunublar.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top