Bakıda dəhşətli qətl — Ər xəstəxananın həyətində arvadının başını kəsdi

KRİMİNAL 10 iyn 2019, 12:15

Bakıda ər arvadının boğazını kəsib. 


Demokrat.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinin həyətində baş verib.


Xəstəxananın qeydiyyat şöbəsində işləyən, 1978-ci il təvəllüdlü Xavər İbrahimova həyat yoldaşı tərəfindən ailə münaqişəsi zəminində boğazı kəsilib.


Qadın xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. 


Xəstəxanadan APA-ya yaralının vəziyyətinin ağır olduğu bildirilib.  


Faktla bağlı araşdırma aparılır. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top