Bakıdakı aksiyada LGBT bayrağı dalğalandırıldı — FOTO

HADİSƏ 14 may 2022, 15:44
Bu gün Bakının Fəvvarələr Meydanında təşkil olunan icazəsiz aksiyada LGBT bayrağı qaldırılıb.

Demokrat.az-ın aksiyanı izləyən jurnalisti xəbər verir ki, mitinq iştirakçılarının əksəriyyəti rəngli gödəkçələr geyinərək, özlərini “jurnalist” kimi təqdim ediblər.

LGBT bayrağına bürünən aksiya iştiraçıları “Petuxlar mafiya sistemə qarşı” şüarı səsləndiriblər.

Aksiyanın qanunsuz olmasına baxmayaraq, polis çox etik və qanunlar çərçivəsində davranıb, hətta polisin ünvanına açıq şəkildə tərbiyəsiz və təhqiramiz şüarlara baxmayaraq (“Polis olma, adam ol”), heç bir zorakılığa yol verilməyib.

Qeyd edək ki, Qərbin təxribatçı dairələri bir müddətdir qanunsuz aksiya ilə bağlı geniş kampaniya aparırlar.

Belə kampaniyalar çərçivəsində cinsiyyəti bəlli olmayan adamlardan (?) Azərbaycan dövlətinə qarşı istifadəyə cəhdlər olunur.

Bu arada, ABŞ-ın nəzarətində olan “Amerikanın səsi”  və “Azadlıq” radioları bir neçə gün bugünkü aksiya ilə bağlı davamlı geniş təbliğat aparması, təşkilatçılarla müsahibələr, onların dilindən çağırışlar və sair, eyni zamanda “Amerikanın səsi” və “Azadlıq” radiosunun bu mövqeyi ilə “Sputnik” agentliyinin  Qazaxstandakı hadisələr zamanı tutduğu qızışdırıcı mövqe arasında oxşarlıqlar diqqət çəkir. Bu, jurnalistika yox, açıq propaqandadır.



Zaur Hacılı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 dekabr 2024, 19:27
Top