Gündəm

Deputat: “Tarixin heç bir dövründə ermənilərə etibar olmayıb, olmamalıdır”

Deputat: “Tarixin heç bir dövründə ermənilərə etibar olmayıb, olmamalıdır”

Dünən yerli media nümayəndələrinə müsahibə verən Azərbaycan Respublikasının prezidenti İlham Əliyev açıqlamasında diqqətə çatdırdı ki, biz heç vaxt Ermənistanda indiki hakimiyyətin xoş sözlərinə aldanmamalıyıq. “Heç vaxt unutmamalıyıq ki, biz hansı qonşu ilə qonşuluqda yaşayırıq”, - deyən dövlətimizin başçısı diqqətə çatdırıb ki, sərhəddə törədilmiş təxribatlar da bundan qaynaqlanır.

Mövzu ilə bağlı fikirlərini Demokrat.az-a bölüşən Milli Məclisin deputatı Elman Məmmədov bildirib ki, tarixin heç bir dövründə ermənilərə heç vaxt etibar olmayıb, olmamalıdır. Çünki tarix boyu, yüz illər boyu bunların bütün fəaliyyəti, hərəkəti göz qabağındadır:

“Atalar misalı var: “İtlə yoldaş ol, amma çomağı əlindən yerə qoyma”. Ermənilər elə itdən də betərdir. Bunlar tarix boyu qeyri-səmimi, riyakar, saxtakar, xəyanətkar bir toplum kimi tanınıblar. Bu, birmənalıdır. Buna görə də, biz heç vaxt ehtiyatımızı əldən qoymamalıyıq. Təhlükəsizliyimizi təmin eləmək üçün bütün tədbirlərimizi görməliyik və görürük də. Cənab Prezidentimiz müsahibəsində də qeyd elədi ki, müharibədən sonrakı dövrdə bizdə arxayınlaşmaq adında bir şey olmayıb. Biz yenidən ordu quruculuğumuzda xeyli işlər görürük, ordumuzun gücləndirilməsi istiqamətində vacib addımlar atırıq. Yeni müasir silahlarla təminat, ordunun hərbi və fiziki hazırlığı, bütün istiqamətlərdə hazırlıqlar, yeni hərbi hissələrin açılışı, sərhəd zastavalarımızın möhkəmləndirilməsi və s. bu istiqamətlərdə hər gün, hər saat, hər dəqiqə işimizi görürük və bunu ən yüksək səviyyədə həyata keçirməliyik də. Cənab Prezidentimizin də qeyd elədiyi kimi, həmişə bu məsələ bizim üçün bir nömrəli məsələ olub. Çünki bu murdar qonşu ilə Allah-taala bizi qonşu edib”.

E.Məmmədov qeyd edib ki, ermənilər Qazaxıstan məsələləri ilə bağlı biraz sanki ümidləniblər:

“Elə bilirlər ki, orada bunları adam yerinə qoyan oldu. Təxribatlar nəyə hesablanıb? Təbii ki, əgər Azərbaycan bunların ərazisinə ya atəş açsa, ya nəsə olsa, həmin qüvvələr bu əraziyə gəlsinlər. Bunlar buna ümid edirlər, amma xam xəyallardır, boş ümidlərdir. Azərbaycanın heç kimin torpağında gözü yoxdur, heç kimin də ərazisinə girmək fikri yoxdur. Azərbaycan ərazi bütövlüyünü təmin eləyib, sərhədlərini qoruyur və möhkəmləndirir. Biz bu istiqamətdə işimizi aparırıq. Cənab Prezidentimiz də bunların hamısını bir-bir izah elədi”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az