Sosial

35 yaşlı kişi dəm qazından zəhərləndi

35 yaşlı kişi dəm qazından zəhərləndi

Goranboy rayonunda dəm qazından zəhərlənmə hadisəsi olub.

Hadisə rayonun Nizami kəndində qeydə alınıb. Kənd sakini, 1987-ci il təvəllüdlü T.Namazov yaşadığı evdə dəm qazından zəhərlənib.

O, ağır halda xəstəxanaya aparılıb. Həkimlər tərəfindən tibbi yardım göstərilən şəxsin vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb./report

D
demokrat.az