Dünya

Polis Donald Trampı ölümlə hədələyən şəxsi saxladı

Polis Donald Trampı ölümlə hədələyən şəxsi saxladı

ABŞ-ın hüquq-mühafizə orqanları sabiq prezident Donald Trampı dəfələrlə hədələyən Nyu-York sakinini həbs edib.

Bu barədə “New York Daily News” qəzeti məlumat yayıb.

Qəzet yazır ki, 72 yaşlı kişi 2020-ci ilin yayında dindirilmə zamanı Donald Trampın seçkidə məğlub olduğu halda vəzifədən getməyəcəyi təqdirdə ölümlə hədələyib.

Bu günlərdə isə o, təkrarən təhlükəsizlik xidmətinə mesaj yollayaraq odlu silah əldə etdiyini və keçmiş prezidentlə yanaşı daha 12 konqresmeni öldürəcəyini bildirib. Bu mesajdan sonra, 72 yaşlı kişi həbs olunub.

D
demokrat.az